Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğluna və Ə.Əhmədov küçəsində fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb və həmin məntəqələrin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.