Rusiya-Ukrayna müharibəsində itkin düşən həmyerlimiz Elvin Nuriyev axtarılır.
"Unikal"ın məlumatına görə, E. Nuriyev Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşüb.
Elvinin atası Əlimusa Nuriyevin sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən və yaralananlar olub, həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.
Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndində köçərək burada yaşayıb. O, 10 il öncə Rusiya Federasiyasına gedib, Tabolsk şəhərində yaşayırmış. Rusyia vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.
1989-cu il təvəllüdlü Elvin ailədir, iki övladı var.
Xəlil Əliyev