Xəbər verildiyi kimi, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

*** 19:00

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

"Unikal" xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.

Yanğının səbəbləri və digər məsələlər araşdırılır.

*** 17:23

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Natavan 2 qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli taxtadan ibarət yaşayış evində anidən yanğın baş verib.  

Əraziyə FHN əməkdaşları cəlb olunub.

Tural Əhmədov