İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 412-yə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 562 nəfər yaralanıb.
***12:34
Qəzzada ölənlərin sayı 356-ya çatıb, HƏMAS-ın 5 yüksək vəzifəli rəsmisi öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
***10:29
İsrailin Qəzza zolağının yeni bombardmanı nəticəsində ölənlərin sayı 310-a çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində yüzlərlə yaralı və itkin düşən var.
***09:09
İsrail atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına genişmiqyaslı hücuma keçib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə hava zərbələri endirib.
Məlumata görə, Qəzzada hava hücumları nəticəsində ən azı 236 nəfər həyatını itirib. Ölənlər arasında çox sayda uşaqların olduğu, yüzlərlə insanın yaralandığı bildirilib.
Gülayə Mecid