"19.03.2025-cil tarixində saat 23:00 radələrində 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
"Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq saat 03:20 radələrində ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
***08:55
Gəncədə azyaşlı xəstəxanada vəfat edib.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabelyində olan Uşaq Xəstəxanasında baş verib.
Belə ki şəhər sakini 2018-ci il təvəllüdlü Ə. Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq azyaşılının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə 7 yaşlı Ə.Abbasov serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov