Goranboyda qızına bıçaqla xəsarət yetirən ata tutulub.
"Unikal"ın məlumatına görə, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
*** 22:37
Goranboyda bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib.
Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov