Gəncədə meyti tapılan 2 nəfərin kimliyi məlum olub.

"Unikal"ın məlumatına  görə, birinci meyit 1977-ci il təvəllüdlü A. Əzizovdur. Digəri isə 1968-ci il təvəllüdlü  İ.İbrahimovdur. Hər iki şəxsin ürək tutmasında öldüyü bildirilir.

Faktlarla  bağlı araşdırmalar aparılır.

**** 16:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.