Yevlaxda avtobusun qəzaya düşməsi nəticəsində 8 nəfər xəsarət alıb.

"Unikal" xəsarət alan şəxslərin adlarını təqdim edir:

1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı,

1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı,

Zaqatala rayonu Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı,

1967-ci il təvəllüdlü, Zaqatala rayonu sakin Əliyev Qüdrət Abdulla oğlu,

2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı,

1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı,

1993-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu,

1983-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı

***

09:00

Yevlaxda sərnişin avtobusu aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax rayonunun Xanabad kəndi istiqamətindən keçən magistral yolda baş verib. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sərnişinlər avtobusdan çıxa bilməyiblər. Hadisə yerinə 5 təcili tibbi yardım briqadası və FHN əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov