Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb. Onlar Ukrayna və Rusiya arasında gələcək danışıqları müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski teleqram səhifəsində məlumat verib.

Zelenskinin sözlərinə görə, onlar Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək görüşün əsas detallarını müzakirə ediblər. O, diplomatiyanın inkişafı üçün ən yüksək səviyyədə dəstəyə və istəyinə görə Ərdoğana minnətdarlığını bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, hazırda atəşkəs zərurəti vacibdir. Tərəfdaşların atəşkəs rejiminə nəzarəti təmin etməsi də lazımdır.

"Biz Putinlə birbaşa danışıqlara hazırıq. Uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün hamımızın Avropada birgə çalışmağımız çox vacibdir. Amerika ilə daimi təmasda olacağıq. Prezident Ərdoğanla sülh naminə gələcək birgə iş haqqında razılığa gəldik", - deyə Zelenski bildirib.

Qeyd edək ki, mayın 15-də İstanbulda Ukrayna və Rusiya prezidentlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətinin görüşünün keçiriləcəyi gözlənilir.

*** 20:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lidero Teleqram kanalında bildirib.

“Bir müddət əvvəl biz Ukrayna prezidenti cənab Volodimir Zelenski ilə danışıqlar apardıq”, - deyə o qeyd edib.

Ərdoğan danışıqların təfərrüatlarını açıqlamayıb, lakin əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın “qaynar münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək” istəyini dəstəkləyir.