Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə indiki dövlət başçısı Yamandu Orsi sosial şəbəkədə məlumat verib.

Ölüm səbəbi metastazlı qida borusu xərçəngi olub. 2025-ci ilin əvvəlində Muxika müalicədən imtina edib və vətəndaşlarla açıq şəkildə vidalaşıb. O, 90 illik yubileyinə bir neçə gün qalmış vəfat edib.

Xose Alberto Muxika Kordano 2010-2015-ci illərdə Uruqvay prezidenti olub. O, solçu baxışları ilə tanınıb və təvazökar həyat tərzi sayəsində dünya siyasətinin ən tanınan simalarından birinə çevrilib. Hətta dövlət başçısı kimi o, kənd evində yaşamağa davam edib və prezident maaşının böyük hissəsini xeyriyyə işlərinə sərf edib. Media Muxikanı “dünyanın ən kasıb prezidenti” adlandırıb.

Gülayə Mecid