Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən Ara Badoyan 3 il müddətinə azadlıqdan məhrum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qərardan sonra Badoyanın halı pisləşdiyi üçün məhkəməyə təcili yardım çağırılıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 17-də Milli Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, Badoyan 2020-ci il atəşkəs şərtlərindən narazı olan bir qrup vətəndaşla birlikdə paytaxt İrəvanda hökumətin və parlamrntin inzibati binaları önünə, onların içərisində və baş nazirin iqamətgahı yaxınlığında toplaşıb. Həmin məlumata görə, o, parlamentin spikeri Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən kütləvi iğtişaş iştirakçılarına qoşularaq Ararat Mirzoyana yaxınlaşıb və onu təpiklə vurub.

Ağarza Elçinoğlu