Gəncədə qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində  qeydə alımıb. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər - 1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova  və bir neçə uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir nəfər - 1985 -ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov