23.05.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım  şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin əzilmiş-çapılmış yaraları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

*** 12:21

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov