Şəki şəhərinin Qoxmuq kəndində ümumi sahəsi 154 m² (hər mərtəbəsi 77 m²) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xızı rayonunun Giləzi qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 35 m² sahədə və mətbəxinin tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.