Bir neçə gün əvvəl Ağsuda qəzaya düşən sürücü xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə mayın 25-i baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu “Mercedes” markalı maşını ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb.
R.Abdullayev ötən gün Ağsu Rayon mərkəzi xəstəxanasında ölüb.
Fakta görə cinayət işi başlanılıb, istintaq aparılır.
Murad İbrahimli