Beynəlxalq reytinq təşkilatı Round University Ranking (RUR) 2025-ci ilin nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlmiləlləşmə göstəricisinə görə ölkə üzrə 2-ci pillədə yer alaraq ilk dəfə daxil olduğu Round University Ranking (RUR) beynəlxalq reytinqində mühüm uğura imza atıb.
Ölkəmiz üzrə 15 ali təhsil müəssisəsinin yer aldığı RUR beynəlxalq reytinq agentliyinin (Round University Ranking) 2025-ci il üzrə nəticələri nəticələrə əsasən ADAU həmçinin dünya universitetləri reytinqinə görə 1148-ci (ölkə üzrə 11-ci), tədrisə görə 961-ci (ölkə üzrə 7-ci), tədqiqata görə 1207-ci (ölkə üzrə 13-cü) yerdə qərarlaşıb.
Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmiləlləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.
Round University Ranking – universitetlərin beynəlxalq reytinq sistemidir. Bu reytinq RUR Agentliyi tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur.