Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində Elçin Ağamirzə oğlu Ələkbərov tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində külli miqdarda narkotik gizlədilməsi müəyyən edilib.

Orada gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.