11.06.2025-ci il tarixində saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

TƏBİB-dən "Unikal"a bildirilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

***

12:15

Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında oksigen balonu yanıb.

"Unikal" xəbər verir ki, bu səbəbdən xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.