Əhmədabad hava limanı yaxınlığında "Air India" şirkətinə məxsus Boeing 787 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan 1 nəfər tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Air India sərnişin təyyarəsi iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat əyalətinin Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb.
Təyyarə Əhmədabaddan Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib. Hadisə yerinə fövqəladə hallar briqadası, o cümlədən yanğınsöndürmə briqadası göndərilib.