Gəncədə minik maşını mopedlə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməldaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, 04.07.2025-ci il tarixində saat 11:30 radələrində 2006-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona bir neçə qarın boşluğu orqanının travması, baş-beyin silkələnməsi və qabırğanın sınığı diaqnozu təyin olunub.

Hazırda pasiyentin instrumental-diaqnostik müayinələri davam etdirilir.

Tural Əhmədov