Xaçmazda yeni tikilən binanın həyətinda yanğın baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmazın Dəmir Yolu stansiyasının yanında yeni tikilən çoxmənzilli yaşayış binasının həyətində yanğın olub.
Yerli sakinlərin sözlərinə görə, zibil qutularının yandırılması nəticəsində alov güclənərək köməkçi tikiliyə keçib.
Əraziyə Xaçmaz yanğınsöndürmə briqadaları cəlb olunub.
Asiman Qaraca