Ermənistan Baş Prokurorluğu Antikorrupsiya Məhkəməsinə iddia ərizəsi təqdim edib.
"Unikal" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İddiada sabiq prezident Robert Koçaryan, keçmiş baş nazir müavini Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovdan ümumilikdə 670 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) məbləğin dövlət büdcəsinə qaytarılması tələb olunur.
Sözügedən vəsaitin 1–2 mart 2008-ci ildə İrəvanda baş verən hadisələr zamanı zərərçəkmiş şəxslərə dövlət büdcəsindən ödənildiyi bildirilir.