Azərbaycan İdman Akademiyasının doktorantı Hakim İbrahimovun “Yüksək dərəcəli idmançılarda təqəllüs xüsusiyyətindən asılı olaraq əzələ-bağ aparatının reaktivlik potensialının müəyyənləşdirilməsi” mövzusunda elmi-tədqiqat işləri Milli İdman Tibbi və Reabilitasiya İnstitutunun tədqiqat bazasında müştərək formada icra olunur.

"Unikal" xəbər verir ki, layihəyə Böyük Britaniyanın London Kollec Universitetinin İdman Tibbi İnstitutunun professoru Maykl Pol Luzmor və Azərbaycan İdman Akademiyasının professoru Firat Hüseynov rəhbərlik edirlər. Tədqiqat nəticələrinin idmançılarda hərəkət icrasının təkmilləşdirilməsi və reaktivlik potensialının artırılması üçün zəruri olan metodların işlənməsinə əsas yaradacağı gözlənilir.

Hazırda bu istiqamətdə aparılan elmi işlər sürət və sürət-güc xüsusiyyətli idman növlərində məşq prosesinin səmərəliliyinin yüksəldilməsinə tətbiqi baxımdan mühüm əhəmiyyət kəsb edir.