KXDR lideri Kim Çen In sentyabrın 2-də Pekinə gəlib. 

"Unikal" xəbər verir ki, Kim Çen Inı Çinin xarici işlər naziri Van Yi və ölkə rəhbərliyinin digər nümayəndələri qarşılayıb. 

"Pekin dəmir yolu vağzalında yoldaş Kim Çen Inı Çinin aparıcı kadrları, o cümlədən Siyasi Büronun Daimi Komitəsinin üzvü, ÇKP MK Katibliyinin rəhbəri Cai Qi, ÇKP MK Siyasi Bürosunun üzvü, ÇXR xarici işlər naziri Van Yi və Pekin meri qarşıladılar", - Yin Yonq bildirib.

Qeyd olunur ki, Kim Çen In qonaqpərvərliyə görə Çin nümayəndələrinə təşəkkür edib.

Qeyd edək ki, bu səfərdə Kim Çeni qızı Kim Çju E. də müşayiət edir.