Rüstəm İbrahimbəyova Müsavat zərbəsi
11:50 08-11-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyova Müsavat zərbəsi
İsa Qəmbər Milli Şuranın sədri olmaq istəyir
Milli Şura qalmaqalı davam edir. Təşkilatın üçdə ikisi istefa verib qurumu tərk edəndən sonra AXCP ilə Müsavatın toqquşması gözlənilir və deyəsən artıq ilk simptomlar görünür. Belə ki, hazırda Milli Şura qarşısında bir problem var. Şura sədrliyi, həmsədrliklə əvəzlənsin.
Hazırda Şuraya sədrlik Rüstəm İbrahimbəyovdadır və təklif edilir ki, həmsədrlik yaradılsın və Cəmil Həsənlidə həmsədr olsun. Bu təklifə ilk müsbət rəy AXCP-dən gəldi. AXCP rəsmiləri bəyan etdilər ki, belə bir addımın atılması Milli Şuranın iş qabiliyyətini daha da artırar. Eyni zamanda Rüstəm İbrahimbəyovda bəyan etdi ki, ölkəyə gələ bilmədiyindən həmsədrlik institutunun tərəfdarıdır və Cəmil Həsənlinin namizədliyini dəstəkləyir. Bunu da qeyd edək ki, Rüstəm İbrahimbəyova yaxınlığı ilə seçilən “El” hərəkatıda bu təklifi qəbul etdi. Amma gözlənilmədən Müsavat partiyası öncədən qəbul etdiyi bu təklifi indi qəbul etmək istəmir. “Vaxtında Milli Şurada həmsədrlik institutunun yaradılması təklifinin əleyhinə olmuş insanlar, indi bu ideyanın lehinə fikir bildirirlər”.Bunu Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.G. Aslanlı hesab edir ki, Milli Şurada vahid sədrin olması daha düzgündür və bu baxımdan Milli Şurada həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur: “Bu vaxta qədər Milli Şuranın hazırkı sədri Rüstəm İbrahimbəyova gördüyü işlərə görə təşəkkür etmək lazımdır. Ancaq artıq faktiki olaraq onun Azərbaycana gəlməsi və bu işlərə rəhbərlik etməsi mümkün olmadığı üçün bir sədrin olması daha düzgündür. Cəmil Həsənlinin Milli Şuranın sədri olmasına isə etirazım yoxdur”.O qeyd edib ki, qurumda həmsədrlik institutunun yaradılması ideyası Milli Şura yaranmazdan əvvəl təklif edilib: “Həmsədrlik ideyası hələ Milli Şura yaranmazdan əvvəl ortaya atılan təklif idi və indi onun lehinə olanlar, o vaxt bu ideyanın əleyhinə fikir bildirirdilər. O vaxt təklif olunurdu ki, ziyalılarla yanaşı, siyasi partiyaların da rəhbərləri həmsədr olsun. Lakin söhbət vahid namizəddən gedirdi və bu konsepsiyaya görə vahid namizəd yalnız ziyalılardan biri olmalı idi. Buna görə də o zaman həmsədrliyə etiraz olundu. İndi isə siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram”.Ekspertlər Müsavatın bu yanaşmasını iki məqamla əlaqələndirirlər. Birincisi , bildiyiniz kimi Müsavat partiyası qurultaya hazırlaşır və qurultaydan sonra İsa Qəmbər başqanlıqdan gedəcək. Buna görə Müsavat çalışır ki, bu məqamdan istifadə edərək elə İsa Qəmbərin özünün ya Milli Şuranın sədri, yada həmsədri olmasını təmin etsinlər. Ziyalı söhbətinə gəldikdə isə bildirilir ki, əgər ziyalıların siyasətdə ciddi fiqur ola bilməyəcəyi qənaəti var idisə, onda nəyə görə seçkilərin ən gərgin məqamında Cəmil Həsənli qabağa verildi? .Gördüyünüz kimi sualın cavabı yoxdur və deyilən iddia sadəcə bəhanədir. Bəzi ekspertlər isə hesab edir ki, Müsavat yaranmış şəraitdən istifadə edərək AXCP-yə daha meyilli olan Rüstəm İbrahimbəyovu və komandasını bir dəfəlik Milli Şuradan uzaqlaşdırmaq istəyirlər. Çünki ən pis halda yalnız Cəmil Həsənlinin sədrliyini qəbul edirlər. Müşahidəçilər bildirir ki, vəziyyət bir azda mürəkkəbləşərsə Rüstəm İbrahimbəyov komandası ilə bir dəfəlik Milli Şuranı tərk edəcək. O halda AXCP-də Müsavatla yox, Rüstəm İbrahimbəyovla bir yerdə olmağa üstünlük verəcək. Cəmil Həsənlinin seçiminə gəldikdə isə O, uzun müddət AXCP üzvü olub və Müsavata heç vaxt sona qədər inanmayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53