Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda tütünlə mübarizə üzrə növbəti hesabat Dünya Səhiyyə Təşkilatına (DST) təqdim edilib.
Nazirlikdən Unikal.org-a bildirilib ki, hesabat barədə məlumatı tütünə qarşı mübarizə haqqında DST-nin Çərçivə Konvensiyası Katibliyinin Hesabat və Məlumat İdarəsinin rəhbəri Tibor Szilagyi rəsmi facebook və twitter səhifələrində paylaşıb.
Məlumatda tütün və tütün məmulatlarının bütün növlərinin reklamının qanunla qadağan edilməsi Azərbaycanın nailiyyətlərindən biri kimi vurğulanıb. Eyni zamanda, İSİM tərəfindən 2015-ci il mayın 31-dən etibarən start verilən "Hər günün tütünsüz olsun! aksiyasından nümunəvi foto verilib.