Körpənizin yay aylarında daha sağlam və sevərək yediyi meyvə-tərəvəzlərlə qidalanmasımümkündür. Aile.lent.az yay mövsümündə körpə üçün seçim edə biləcəyiniz sağlam qidalarla sizi tanış edir.

Kiçik qırmızı meyvələr

Böyürtkən və albalıehtiva etdikləri antioksidanlar sayəsində böyükdən kiçiyədək hər kəs üçün son dərəcə sağlam qidadır. Kalium baxımından da zəngindir. Beləliklə, tərləmə ilə itirilən mineralların bədəndə tarazlığını də təmin edir. Ancaq albalının tumlarını çıxarmağı unutmayın.

Qarpız

Tumlarını çıxarmağı unutmaq olmaz. Kalium və ümumi sağlamlıq baxımından əhəmiyyət daşıyan laykopenlə zəngindir. Eyni zamanda gündəlik maye ehtiyacının ödənilməsinə da dəstək olur. Qarpızı əzərək və ya içki halına gətirərək də körpəyə vermək mümkündür.

Banan

Yay-qış fərq etmədən körpələrin ən sevdiyi qidalara başçılıq edir. Banan yaxşı bir karbohidrat və kalium qaynağıdır. Bananı adi formada yeməkdən bezən körpələr üçün evdə hazırlayacağınız banan dondurması sizin üçün ideal çıxış yoludur.

Banan dondurması hazırlamağın qaydası:

Ərzaqlar:1 ədəd banan, 2-3 dondurulmuş böyürtkən, 1 çay qaşığı toz vanil

Hazırlanması:Bananları soyun, buzluqda yağlı kağız üzərində dondurun. Donmuş bananları,böyürtkəni vanil qataraq blenderdən keçirin. Kasada süfrəyə təqdim edə bilərsiniz.

Armud

Allergiya yaratma ehtimalı ən aşağı meyvələr sinfində olan armud xüsusilə qəbizlik problemi olan körpələr üçün son dərəcə sağlam bir seçimdir. Armud ehtiva etdiyi minerallar baxımından da körpə qidalanmasında əhəmiyyətlidir.

Armudu uşağınıza bişmiş püre formasında da verə bilərsiniz.

Vəsaitlər:1 iri armud

Hazırlanması:Armudu yuyun, soyun və dənələrini çıxarın. Sobada uyğun istilikdə yumşalana qədər bişirin. Sobadan götürdükdən sonra çəngəllə əzin və uyğun formada soyuduqdan sonra süfrəyə qoyun.

Balıq

Ehtiva etdiyi Omeqa-3 yağ turşuları sayəsində xüsusilə zehnin inkişafında əhəmiyyətli rol oynayar. Bəzi körpələrin balığı sevməsi və ya alışması daha çətindir. Bu səbəbdən də müxtəlif yemək formasında uşaqlara vermək olar. Yemək formlarından biri də balıq keksidir.

Ərzaqlar: 1 ədəd orta boy kartof, 1 kiçik boy kök, 1 çay qaşığı kərə yağı, yarım stəkanı süd, 60 qram somon balığı.

Hazırlanması: Sobanı 180 dərəcədə istilədin. Kökləri yumru-yumru doğrayıp soyuq suda qaynadın. Kartofları da qaynadın, sonra süd və kərə yağı ilə püre halına gətirin. Kök və kartof püresini qarışdırın. Somonun hər iki tərəfini olaraq tavada bişirib kiçik parçalara ayırın. Qarışığa əlavə edib bir neçə dəfə də qarışdırın. 15 dəqiqə əvvəldən isidilmiş sobada bişirin.

Qırmızı ət

Körpələr ilk 9 aylarını tamamladıqdan sonra yay-qış fərq etmədən qidalanmada mütləq yer almalıdır. Çünki qırmızı ət həm dəmir, həm də zülal baxımından zəngin tərkibli qidalara başçılıq edir. Qırmızı əti körpəyə müxtəlif bişirmə üsulları ilə verə bilərsiniz. Bunlardan biri də bifşteksdir.

Ərzaqlar:100 qramlıq bifşteks, 1 yemək qaşığı zeytun yağı

Hazırlanması:Zeytun yağında bifşteksi hopdurduqdan sonra sobada suyunu itirməyəcək şəkildə 10 dəqiqə bişirin. Bişirmə əməliyyatından sonra kiçik parçalara ayırın. Körpəniz çeynəmə qabiliyyətinə yiyələnməyibsə, blenderdan keçirib verə bilərsiniz.