Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə avqustun 14-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib.

Qəsəbənin Azərbaycan qadını küçəsi, 37 ünvanında yaşayan Filimanova Valentina Nikolayevnanın yaşadığı evdə üzərində xəsarətlər olan qətlə yetirilmiş meyiti tapılıb.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qadını qətlə yetirən Bakı şəhər sakini - Orlov Kolya Mixiyeviçin olduğu müəyyənləşib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, V.Filimanova K.Orlov ilə qeyri-rəsmi münasibətdə imiş. Qətl hadisəsinin isə qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.