Qubada yol nəqliyyat hadisəsi baş verib. Unikal.org xəbər verir ki, 2010-cu il təvəllüdlü Gülay Mikayılovanı maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.