Şəkidə 52 yaşlı kişi intihar edib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Şabalıdlı kənd sakini, 1964-cü il təvəllüdlü Nüsrət Fikrət oğlu Məmmədovun meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Aparılan ilkin araşdırma zamanı 52 yaşlı Nüsrət Məmmədovun hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.