Ağstafa rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 21-də Ağstafa dəmir yolu stansiyasının ərazisində rayon sakini Fərhad Əhmədovu elektrovoz vurub. Xəstəxanaya yerləşdirilmiş F.Əhmədovun sol topuq hissəsi amputasiya edilib.