Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-də Yasamal rayonu ərazisində yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma aparılır.