Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Neftçi - "Sumqayıt matçı davam edir.
Unikal.org "Qafqazinfo -a istinadən xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında "Neftçinin sabiq üzvü, hazırda Bakı klubunun heyətində məşq edən Mahir Şükürov da var.
Matçın fasiləsində KİV nümayəndələri millimizin sabiq üzvünə yaxınlaşaraq onun futbola qayıtması haqqında danışmaq istəsələr də, futbolçu media nümayəndələrinə hörmətsizlik edib.
O, "Danışmıram! deyərək stadionu da tərk edib.