Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.

Unikal.org  DİN-in saytına istinadən verdiyi məlumat görə, Baş İstintaq və Təhqiqat İdarəsi və Abşeron RPİ əməkdaşları tərəfindən aprelin 15-də Abşeron rayon sakini Eldəniz İsmayılovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "KamAZ markalı avtomobilin sürücüsü - Laçın rayon sakini Məhəbbət İsmayılov tərəfindən törədilməsi müəyyən edilib. 
O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.