Bakı sakininin avtomobilindən oğurluq edilib.

Unikal.org -un Lent.az-a istinadən məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə müraciət edən 1987-ci il təvəllüdlü Cəbiyeva İlahə Elman qızı Əmircan qəsəbəsindəki bazarın qarşısında saxladığı avtomobilin qapısını bağlamağı unutduğunu və 10 dəqiqə sonra geri qayıdarkən maşından xeyli pulun oğurlandığını müəyyən etdiyini bildirib. Şikayətçi avtomobildən 7 yaşlı oğlunun şəxsiyyət vəsiqəsinin də götürüldüyünü əlavə edib.