Şəmkirdə bıçaqlanma olub.

Unikal.org -un APA-ya istinadən məlumatına görə, rayonun Sabirkənd kənd sakini 1991-ci il təvəllüdlü Elşad Sadiqov bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala əsasən, E. Sadiqov həmkəndlisi tərəfindən bıçaqlanıb.