Daşkəsən sakininin evindən silah tapılıb.

Unikal.org DİN-ə istinadən bildirir ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı "AKS" markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.