Yekaterinburqda kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvü Əhliman Gənciyev saxlanılıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, Ə.Gənciyev digər həmvətənləri ilə birlikdə qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir.
Vətəndaşların saxlanması üzrə xüsusi əməliyyat sentyabrın 29-da həyata keçirilib, lakin qanunsuz zümrüd satışı ilə məşğul olanları müəyyən etmək yalnız bu gün mümkün olub. Bu ana qədər məlum olub ki, 1,255 kq ağırlığında olan ən böyük minerallardan birinin dəyəri 1 milyon rubldan çoxdur.
Qeyd edək ki, Ə.Gənciyev bu ilin avqustunda Türkiyədə güllələnən kriminal avtoritet Rövşən Lənkəranskinin Yekaterinburqda kriminal vəziyyətə nəzarət edən cavabdeh şəxslərindən biri hesab olunur.