Bakıda 15 yaşlı yeniyetmə 75 yaşlı ahıl kişini avtomobillə vurub.

Unikal.org report-a istinadən bildirir ki, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin 5-ci yaşayış sahəsinin ərazisində, Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Qədir Hacıyevidarə etdiyi "Mercedes" markalı avtomobillə qəsəbə sakini, 1941-ci il təvəllüdlü Zaman Quliyevi vurub.

3 saylı Şəhər Klinik Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.