Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Kənan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə K.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Bayramov Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə təqsirləndirilir.
Hadisə 2015-ci ilin noyabr ayında baş verib. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də şəhər sakini Salman Əliverdiyevə məxsus mağazadan 20 manat və tütün məmulatını soyğunçuluq yolu ilə aparan həmyerlisi Kənan Bayramov tutulub.