Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikalayeviç Bakay olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс" döyməsi var.
Onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.




bakida heyvanlar terefinden meyiti parcalanan sexsin kriminal alemin uzvu oldugu ehtimal edilir foto

bakida heyvanlar terefinden meyiti parcalanan sexsin kriminal alemin uzvu oldugu ehtimal edilir foto

bakida heyvanlar terefinden meyiti parcalanan sexsin kriminal alemin uzvu oldugu ehtimal edilir foto