Xəbər verdiyimiz kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə ittiham aktı istintaq orqanı tərəfindən təsdiq olunaraq baxılması üçün bu ilin oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi yaxın günlərdə icraata veriləcək.

Keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Unikal.org-a məsələ ilə bağlı qısa açıqlama verib.

O deyib ki, məhkəmənin qərarı olmadan bu məsələyə hər hansısa bir şərh verə bilməz.


Elvin Rüstəmov