Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda II turun oyunları keçiriləcək.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq.
Rumıniyada baş tutacaq matç yığmamız üçün böyük əhəmiyyət kəsb edir. İlk qarşılaşmada İngiltərəyə 0:2 hesabı ilə uduzan millimiz bu dəfə də xalsız qalsa, mərhələ adlamaq şansını minimuma endirəcək.
Bütün matçlarını Buftea şəhərində keçiriləcək millimiz üçün digər oyunun nəticəsi də az maraq doğurmur. Çünki daha tez başlayacaq İngiltərə ilə Rumıniya arasında matç elit-raunda vəsiqələr baxımından da önəmlidir.
Qeyd edək ki, Azərbaycan - Avstriya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VI qrup
II tur, 27 oktyabr
20:00. Avstriya - Azərbaycan
Hakimlər: Petur Reynert, Endryu Kristensen (hər ikisi Farer adaları), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)
Hakim-inspektor: Gerard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Buftea. RFF futbol mərkəzi