Bakının "İnter klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Klub prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

R.Qasımov ötən ilin dekbar ayında "İnterin prezidenti vəzifəsinə təyin olunmuşdu.