Dünya futbolunun nəhənglərindən sayılan Almaniyada yeni komanda yaradılır.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bu ölkədə futzal üzrə milli komanda formalaşdırılır.
AÇ-2018-in təsnifat mərhələsində də çıxış edəcək Bundestim yarışa hazırlıq məqsədilə tarixinin ilk matçına çıxacaq. Bu yoxlama oyunundakı rəqib İngiltərə olacaq.
Bu əlamətdar hadisəyə şərh verən Almaniya mətbuatı rəqib seçimi ilə bağlı fikirlər dərc edib. Həmkarlarımız Azərbaycan yığmasını arzuolunmaz rəqib hesab etdiklərini gizlətməyiblər: "Nəzəri cəhətdən istənilən komanda, məsələn Azərbaycanla qarşılaşa bilərdik. Amma bu komanda ilə oynamaq risk olardı. Almaniya Futbol İttifaqı belə riskə getmədi. Çünki ilk matçda rəqib ikirəqəmli ədəd qədər qol vura bilərdi.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2016-nın 1/4 finalçısı və dünya reytinqinin 10-cusudu.