İnsanlar siqareti tərk etmək istəyən zaman bir çox çətinliklərlə üz-üzə qalırlar.
Unikal org bildirir ki, bəziləri siqareti tərk edir, sonra isə yenidən bu vərdişə geri qayıdırlar. Bu məsələ hansı səbəbə görə təkrarlanır?
Britaniya alimlərinin keçirdiyi araşdırmanın nəticəsində məlum olub ki, insanlar adətən siqareti tərk edən zaman, nikotin saqqızlardan və digər vasitələrdən istifadə etməyə başlayırlar. Lakin alimlər qeyd ediblər ki, siqaretdən imtina etmək ümumiyyətlə tütündən imtina etməklə müşahidə olunmalıdr. İnsan ilk növbədə bunun üzərində təmərküzləşməlidir. İnsanlar ilk növbədə tütünü həyatlarından silməlidirlər, əgər bunu etsələr, hədəfə daha tez və effektiv çatacaqlar.