"Neftçi rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bu barədə klub xəbər yayıb. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə məsələ ilə bağlı açıqlama verib: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq.