Xəbər verdiyimiz kimi, Azərbaycan karate məktəbinin yetirməsi Rafael Ağayev Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında qələbə qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan "Dünya karatesinin brilliantı bütün rəqiblərini məğlub edərək 5-ci dəfə dünya çempionu olub. Bunun ardınca dünyanın ən məşhur idman nəşrlərini karateçimizin uğurunu manşetlərə daşıyıb.
İtaliyanın ən məşhur idman qəzeti "La Gazzetta dello Sport da idmançızın qələbəsini geniş işıqlandırıb. Müxbir Chiara Soldi məqaləsini "Dünya karetesində Ağayev hələ də kral olaraq qalır: " Qızıl medal?! Mən elə buna görə gəlmişdim adlı başlıqla təqdim edib.
Yarımbaşlıqda isə - Azərbaycanlı idmançı Lints şəhərində dünya çempionatları tarixində qarşılaşdığı 7-ci finalda 5-ci qızılını qazandı. Ardınca isə Rafaelin fikirlərini oxuculara çatdırıb: "Bütün idmançılar eynidir, onları ayıran yeganə məqam böyük motivasiya və qələbə qazanmaq istəyidir", - verilib. Yazıda qeyd olunur ki, Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib. Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan Rafael final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev 5-ci dəfə dünya çempionu olub. Yazıda həmçinin soydaşımızın müasir dünya karatesinin canlı əfsanəsi olduğu vurğulanıb. Məqalədə Rafaelin idman həyatı və əldə etdiyi nailiyyətlərdən də söhbət açılıb.
Sonda isə Ağayevin Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlaşdığı, dördilliyin ən mühüm yarışından qızıl medalla dönməyə iddialı olması və bununla da karyerasını bitirəcəyi yazılıb.
Unikal.org