Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından Unikal.org-a verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.
Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.