Yunanıstan Super Liqasında IX turun oyunları davam edir.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olan PAOK evdə AEK-lə üz-üzə gəlib.
Saloniki təmsilçisi oyunu minimal hesablı qələbəylə başa vurub. "Ağ-qaralar"ın yeganə qoluna əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Leo Matos imza atıb.
Yunanıstan Futbol Federasiyası və klublar arasında fikir ayrılığına görə, çempionatın ilk 2 turu təxirə salındığı üçün 7 oyun keçirən və hesabında 11 xal olan PAOK 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, PAOK-un "Qarabağ"la oyunöncəsi son matçıdır. Təmsilçimizlə görüş isə noyabrın 3-də, Salonikidə Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq.
Belçika çempionatında XIII tura yekun vurulub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən biri olan "Anderlext" səfərdə "Vasland-Beveren"lə qarşılaşıb.
Brüssel təmsilçisi bu oyunadək turnir cədvəlində sondan 2-ci pillədə qərarlaşmış komandaya məğlub olub (1:2). Autsayder matçın 1-ci dəqiqəsində İbrahim Sekin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalsa da, oyunun gedişində iki dəfə hesabda önə keçib.
Hazırda hesabında 24 xal olan "Anderlext" 2-ci pillədə qərarlaşıb.
Belçika çempionatı
XIII tur
31 oktyabr
"Vasland-Beveren" - "Anderlext" - 2:1
Qollar: Qano, 9. Kols, 32 - Teodorçik, 10